Sabir Rüstəmxanlı çağırış etdi

Sabir Rüstəmxanlı çağırış etdi

Xalq şairi Sabir Rüstəmxanlı Güney Azərbaycanın böyük saz ustası Çingiz bəy Mehtipurun başçılığı ilə "Dalğa" qrupunun konserti ilə çağırış edib.

Olaylar.az xəbər verir ki, S.Rüstəmxalının çağırışında deyilir:

Dəyərli dostlar, 14 noyabr 2019-cu il, saat 19:00-da Bakıda, Respublika sarayında Güney Azərbaycanın böyük saz ustası Çingiz bəy Mehtipurun başçılığı ilə "Dalğa" qrupunun konserti olacaqdır. Təb­riz­də fə­a­liy­yət gös­tərən və dün­ya­nın 30-dan artıq öl­kə­sində aşıq və folklor mu­si­qi­si­ni uğur­la təb­liğ edən "Dal­ğa" qru­punun timsalında sazın və sözün müqəddəsliyi ilə Təbriz sevgimiz birləşib. Bakıda keçiriləcək konsertdə bir Bütöv Azərbaycan ruhu yaşanacaq. Milli musiqimiz, Təbrizli qardaşlarımıza dəstək üçün hər kəsi bu konsertə dəvət edirəm. Biletlər şəhərin kassalarında və ASAN Xidmət mərkəzlərində satılır. Bu konsertin kütləviliyinin təşkil etməklə həm də Güney Azərbaycanımıza bir sevgi ərməğanı etmiş olacağıq.
Sayğılarla,
Sabir Rüstəmxanlı
Xalq şairi

Mənbə: olaylar.az