Sağlamlıq imkanları məhdud uşağa müavinət və ona qulluq edənə təqaüdün təyinatı elektronlaşdırılıb.
Atv.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun direktoru Himalay Məmişov bildirib. Onun sözlərinə görə, yeni sistem il ərzində təqribən 7 min 500 uşağa müavinətin və onlara qulluq edən həmin sayda da şəxsə təqaüdün avtomatlaşdırılmış şəkildə təyinatına imkan verəcək. Beləliklə, il ərzində 15 min nəfərin heç bir yerə müraciət və sənəd təqdim etməsinə ehtiyac qalmadan, həmin müavinət və təqaüdlər onlara elektron qaydada təyin ediləcək.
Himalay Məmişov-Sosial Müdafiə Fondunun direktoru: “Müavinətin təyin olunması zamanı vətəndaşdan hər hansı hərəkətin edilməsi nəzərdə tutulmur. Vətəndaşa müavinət avtomatik qaydada təyin olunur. Həmin şəxsin sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunduğu təqdirdə həmin məlumatlar sistem üzərindən DSMF alt sisteminə ötürülür. Həmin vaxt real rejimdə həmin şəxsə müavinət təyin olunur”.
ATV.az
Mənbə: www.atv.az