AZƏRBAYCAN GERİ QAYIDIR

AZƏRBAYCAN GERİ QAYIDIR

“Azərbaycanın rifah indeksinin düşməsi digər neft istehsalçılarından fərqli olaraq daha kəskin oldu: devalvasiya ilə müşayiət olunan neft şokundan sonra 2016-cı ildə ÜDM 3,1% azaldı. Lakin bununla belə böhrandan çıxış yolu ilə bu ilin birinci yarısında ÜDM 2,4% artıb. Hökumət 2020-ci ilin perspektivlərinə daha optimistik baxır”. Bu barədə “Euromoney” jurnalının icmalçısı Ceremi Veltmən (Jeremy Weltman) yazır.

Müəllif yazır ki, ekspertlər ölkənin qeyri-neft sektorunda optimistik proqnozlar versələr də Azərbaycan beynəlxalq ticarət çəkişmələrindən sığortalanmayıb. “Digər tərəfdən ölkəyə etibarlılıq, xüsusilə də siyasi risklərə görə heç vaxt möhkəm olmayıb. Analitiklər “Euromoney”-nin sorğu ölçülərində aşağı göstəricilərlə müşayiət olunan siyasi mühit barədə uzun müddətdir xəbərdarlıq edirlər”.

“Prezident İlham Əliyev ölkəni dəmir yumruqla idarə edir. Demokratik dəyişikliklərə ümid dövlətin təhlükəsizlik orqanlarının fəaliyyəti ilə dəf edilir. Müxalif fikirliliyin və müstəqil jurnalistikanın məkanı çox daralıb”, - deyə jurnal yazır.

Müəllif “Carnegie Europe”-nin yazarı Tom de Vala (Thomas De Waal) istinadən yazır ki, Əliyev kadr dəyişiklikləri, enerjili və effektiv adamları vəzifəyə gətirməklə və köhnə qvardiyanı tənqid etməklə böyük islahatlar keçirdiyini nümayiş etdirmək istəyir. “Bu addımlar həyat rifahının yaxşılaşdırılmasını tələb edən əhalinin narazılığına cavab və 2020-ci il parıament seçkiləri ərəfəsində Azərbaycanın beynəlxalq imicinin yaxşılaşdırılması məqsədilə həyata keçirilir”, deyə məqalədə bildirilir.

Parlamentdə çoxluğa Yeni Azərbaycan Partiyasının nəzarət etdiyini yazan müəllif bildirir ki, müxalifətin status-kvo-nu dəyişməyə real imkanları yoxdur.

Jurnal yazır ki, Azətrbaycan keçmiş Sovet ölkələri arasında ən riskli ölkə olaraq qalmaqdadır və beynəlxalq reytinqdə Boliviya, Nigeriya və Seneqalla bir cərgədə durur. Son iki ildə ölkənin risk balı davamlı olaraq yüksəlməkdədir.

…“Neftin uyğun qiymətləri və sabit valyuta ovqatın dəyişməsinə kömək etdi… Artan rəqəmlər fonunda investorlar siyasi dəyişikliklərin olacağına ümid edə bilərlərmi”, - deyə müəllif Tom de Vala isinadən sual edir.

“Ola bilsin bu, daha çox sabitlik və imkanlardan yana narahat investorlar üçün ən vacib sual deyil. Ötən illərlə müqayisədə ölkənin riskliliyində azacıq dəyişiklik var. Investorlar bunu müəyyən məmnunluq dərəcəsi ilə qəbul edəcəklər. Ancaq bir az da artıq işlər, məsələn şəffaflıq, vergi güzəştləri və ya müqavilə zəmanətləri bonus kimi qəbul edilə bilər”, - deyə müəllif məqalənin sonunda yazır.

Mənbə: www.xpressa.net