Məşhur biznesmen Ukraynanı Rusiya ilə münasibətləri bərpa etməyə çağırıb

Məşhur biznesmen Ukraynanı Rusiya ilə münasibətləri bərpa etməyə çağırıb

Biznesmenin fikrincə, Ukraynanın iqtisadi olaraq sağ qalması üçün Rusiya ilə münasibətlərinin bərpasına ehtiyac var.

BAKI, 13 noyabr — Sputnik. Ukrayna Rusiya ilə münasibətləri yaxşılaşdırmalıdır. Sputnik Azərbaycan xəbər verir ki, bunu ukraynalı biznesmen İqor Kolomoyski ""-a müsahibəsində bildirib.

"İstənilən halda onlar güclüdürlər. Onlarla münasibətlərimizi yaxşılaşdırmaq lazımdır. İnsanlar sülh istəyir, yaxşı həyat istəyir. Onlar müharibə istəmir", - deyə ukraynalı biznesmen bildirib.

O əlavə edib ki, Birləşmiş Ştatlar Ukraynadan geosiyasi rəqibini zəiflətmək üçün istifadə edir.

"Ukraynanın iqtisadi olaraq sağ qalması üçün Rusiya ilə münasibətlərinin bərpasına ehtiyac var. 5-10 il keçəcək və qan haqqında unudacaqlar", - deyə o bildirib.

Mənbə: sputnik.az