Əmək haqları və müavinət artırılacaq - Hadı Rəcəblidən açıqlama

Əmək haqları və müavinət artırılacaq - Hadı Rəcəblidən açıqlama

Milli Məclisdə çıxışlardan sonra 2020-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsi birinci oxunuşda qəbul edildi.

Atv.az xəbər verir ki, Əmək və Sosial Siyasət komitəsinin sədri Hadı Rəcəbli 2020-ci ildə müavinət və əmək haqlarının artırılacağını diqqətə çatdırdı.

Hadı Rəcəbli - Millət vəkili: “Ünvanlı dövlət sosial yardımları üçün 2019-cu ilin nəzərdə tutulmuş vəsaitlərin həcmi gələn il 30% artırılaraq bu hesaba əlavə 13 min ailənin müavinət almaq imkanı artacaq. Belə ailələrin sayı 90 mini ötəcək.Gələn il bu büdcədə 4 milyard 825 milyon 508 min 808 manat vəsait nəzərdə tutulmuşdur ki, bu da əvvəlki illərlə müqayisədə 6,4 milyon manat çoxdur. Rəqəmlər bir daha onu deməyə əsas verir ki, gələn il penisyaların və əmək haqlarının artım tempi yerində saymayacaq və bu davamlı surətdə artacaq".

Mənbə: www.atv.az