Azərbaycana mobil telefon idxalı artıb

Azərbaycana mobil telefon idxalı artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 945 413 ədəd mobil və ya başqa simsiz rabitə şəbəkəsi üçün nəzərdə tutulan telefon aparatları idxal olunub.

Bu barədə "APA-Economics"ə Dövlət Statistika Komitəsindən deyiblər.

Komitədən verilən məlumatına əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə idxal olunan sözügedən məhsulların sayı 64,6% artıb.

Cari ilin doqquz ayı ərzində idxal olunan məhsulların dəyəri 112 017,6 min ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 86% çoxdur.

Mənbə: apa.az