Bakı Nəqliyyat Agentliyi tərəfindən gətirilən 280 yeni avtobus artıq paytaxtdadır

Bakı Nəqliyyat Agentliyi tərəfindən gətirilən 280 yeni avtobus artıq paytaxtdadır

Bakı, 14 noyabr, Elvin Camalov, AZƏRTAC

Avtobus parkının yenilənməsi işləri çərçivəsində Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən Bakıya gətiriləcək 300 yeni avtobusdan 280-i artıq paytaxtdadır.

Bu barədə AZƏRTAC-a Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

O bildirib ki, qarşıdakı həftələrdə 20 yeni avtobus da şəhərimizdə olacaq və onlar 18 metrlikdir. İlin sonuna qədər bu avtobusların Bakıətrafı kənd və qəsəbələrdə istifadəyə verilməsi planlaşdırılır.

Mənbə: azertag.az