Goranboyun bir kəndinə qaz verilib

Goranboyun bir kəndinə qaz verilib

Bu gün Goranboy rayonunun Xasadarlı kəndində 54 fərdi yaşayış evinə qaz verilib.

Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Məlumata görə, kənddə qazlaşma işlərinin aparılması üçün ümumilikdə 4 354 metr uzunluğunda müxtəlif diametrli polad və polietilen daşıyıcı qaz xətləri çəkilib, 54 ədəd fərdi yaşayış evinə sayğac quraşdırılıb.

Mənbə: report.az