AQTİ Bakı və regionlarda maarifləndirici TƏLİMLƏRƏ BAŞLADI

AQTİ Bakı və regionlarda maarifləndirici TƏLİMLƏRƏ BAŞLADI

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən məktəbəqədər təhsil müəssisələrində qida təhlükəsizliyinin təmin edilməsi məqsədilə keçirilmiş monitorinqlərin nəticələrinə uyğun olaraq Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) Bakı şəhəri və regionlarda maarifləndirici təlimlərə başlayıb.

News24.az xəbər verir ki, respublika üzrə 1643 məktəbəqədər təhsil müəssisəsində keçiriləcək təlimin məqsədi qida təhlükəsizliyinin təmin edilməsi, bu sahədə qabaqlayıcı tədbirlərin gücləndirilməsi, monitorinqlər zamanı aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması, məktəbəqədər təhsil müəssisələrinin əməkdaşlarına qida təhlükəsizliyi sahəsində mövcud yeniliklərin aşılanması və onların bu sahədə bilik və bacarıqlarının artırılmasıdır.

Cari ilin sonunadək davam edəcək təlimlərdə sanitar-gigiyenik normalar, tullantılara nəzarət, məhsulların qəbulu və saxlanması qaydaları, mal qonşuluğu prinsipi, baş verəcək təhlükələrdən sığortalanmaq üçün proflaktik tədbirlərin təşkili və ona nəzarət mexanizminin yaradılması, məktəbəqədər təhsil müəssisələrində qidaların enerji dəyərinin yaş qrupuna görə müəyyənləşdirilməsi və s. mövzular üzrə geniş məlumatlar veriləcək, təqdimatlar olacaq.

Mənbə: news24.az