“İqtisadiyyatın stimula ehtiyacı yoxdur” – Nazir

“İqtisadiyyatın stimula ehtiyacı yoxdur” – Nazir

“Almaniya iqtisadiyyatı yavaş böyüyür, ancaq böhran içində deyil və əlavə xərclərdən gələn heç bir dəstəyə ehtiyac duymuruq”.

Cebhe.info xəbər verir ki, bunu Almaniyanın Maliyyə naziri Olaf Scholz deyib.

Alman nazir qeyd edib ki, lazım olduqda bir şey edə biləcək gücümüzün olduğunu bilmək çox yaxşıdır:

“Ancaq böhranın olmadığını da bilmək yaxşıdır. Avropanın ən böyük iqtisadiyyatı ticarət gərginliyinə baxmayaraq gücünü göstərir".

Alman iqtisadiyyatı yeddi ildən sonra ilk tənəzzüldən sağ çıxdı, təəccüblü olaraq ilin üçüncü rübündə 0,1 faiz böyümə göstərdi. Ticarət mübahisələri, zəif qlobal böyümə və avtomobil sənayesindəki qarışıqlıq səbəbindən ixracata bağlı istehsal sənayesi təzyiqlə qarşılaşdı. Nəticədə bir il əvvəlki 0,5 faizlik böyümə illik 2,5 faizə qədər yavaşladı.
Yeganə Oqtayqızı
Cebhe.info

 

 

Mənbə: cebhe.info