Nazir: Ermənistanda işçilərin məhsuldarlığı çox aşağıdır

Bakı. Trend:

Ermənistanda işçilərin məhsuldarlığı çox aşağıdır.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bunu ölkənin iqtisadiyyat naziri Tiqran Xaçatryan parlamentdə 2020-ci il büdcə layihəsinin təqdimatı zamanı deyib.

O bildirib ki, 2018-ci ildə Ermənistanda bir nəfər bir saat ərzində 6,1 dollar məbləğində əlavə dəyər yaradıb:

“Bu, inkişaf etmiş ölkələrlə müqayisədə əhəmiyyətli dərəcədə azdır”.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycan ilə Sinqapur arasında əməkdaşlıq məsələləri müzakirə olunub

SONRAKI XƏBƏR

II Azərbaycan Diabet Konqresi keçirilib - Tibbi yardımın təkmilləşdirilməsi müzakirə olunub