Nazir 10 ayın statistikasını açıqladı

 Nazir 10 ayın statistikasını açıqladı

Milli Məclisdə Vergilər Məcəlləsinə təklif olunan 162 dəyişiklik müzakirəyə çıxarılıb.

Atv.az xəbər verir ki, iclasda çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov 2019-cu ilin 10 ayı ərzində respublika üzrə vergi ödəyicilərinin sayında 44 608 nəfər artım olduğunu qeyd edib. Nazir bu ilin 10 ayının statistik rəqəmlərini də açıqlayıb.

Mikayıl Cabbarov-İqtisadiyyat naziri: “İlk 10 ay ərzində ümumilikdə qanunvericiliyə əsasən vergi yükünün azaldılmasına baxmayaraq, bunların arasında qeyri-neft sektoruna verilən imtiyazlara baxmayaraq qeyri-neft sektoru üzrə vergi mədaxilinin artımı 10 ay ərzində 483milyon manat təşkil edib. Bundan əlavə olaraq məcburi dövlət sığorta və işsizlikdən sığorta ilə bağlı 447 milyon manat təşkil edib. Bu rəqəmlər qanunveriicliyə və inzibatçılığa olan dəyişikliklərdi”.

ATV.az

Mənbə: www.atv.az