Naxçıvanda bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilən vəsait 2,6 dəfə artıb

Cari ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında bütün maliyyə mənbələrindən əsas kapitala 790 milyon 838 min 900 manat vəsait yönəldilib ki, bu da 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 2,6 dəfə çoxdur.

"Report" Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 2009-cu ildən 1 oktyabr 2019-cu il tarixədək muxtar respublikada iqtisadi və sosial sahələrə 9 milyard 435 milyon 326 min 200 manat vəsait yönəldilib.

Vəsait qoyuluşlarının 8 milyard 522 milyon 233 min 600 manatı və ya 90,3 faizi tikinti-quraşdırma işlərinin payına düşüb.

Bu dövr ərzində muxtar respublikada infrastruktur quruculuğu tədbirləri çərçivəsində 100 elm və təhsil müəssisəsi, o cümlədən 20 min 114 şagird yerlik 66 ümumtəhsil məktəbi, 187 inzibati bina, 19 nasos stansiyası, 88 subartezian quyusu, 50 körpü, 216 mədəniyyət obyekti, 113 səhiyyə müəssisəsi, 668 istehsal və xidmət sahəsi, 11 idman və bir sıra digər obyektlər tikilib.

Bundan əlavə, bu dövrdə 103 elm və təhsil müəssisəsi, o cümlədən 36 min 786 şagird yerlik 77 ümumtəhsil məktəbi, 81 inzibati bina, 17 nasos stansiyası, 19 subartezian quyusu, 17 körpü, 100 mədəniyyət obyekti, 20 səhiyyə müəssisəsi, 15 idman və bir sıra digər obyektlər yenidən qurulub.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Güclü qar Fransada 140 min evi işıqsız qoydu

SONRAKI XƏBƏR

Almaniyanın “Aller Zeitung” qəzetində Azərbaycanın "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğundan bəhs edilib