POS-terminalların sayı zəif artır

2019-cu ilin 3-cü rübündə (iyul-sentyabr) Aəzrbaycanda POS-terminalların sayı 1381 ədəd artaraq 64 min 777 ədədə çatıb. İyun ayının sonunda POS-terminalların sayı 63 min 396 ədədədək düşmüşdü.

“Marja” Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, hələ də, ticarət və xidmət obyektlərində quraşdırılmış POS-terminalların sayı 2018-ci ilin sonu ilə müqayisədə 1333 ədəd, 2015-ci ilin sonu ilə müqayisədə isə 15 min 524 ədəd azdır. 2015-ci ilin sonunda ticarət və xidmət obyektlərində quraşdırılmış POS-terminalların sayı 80 min 301 ədədə çatmışdı. Sonradan sahibkarlar POS-terminallardan imtina etməyə başlamışdılar.

Bu ildən Azərbaycan ərazisində 4 mərhələdən ibarət olmaqla e-kassaların keçidinə başlanılıb. Müasir e-kassalar POS-terminal funksiyasını da yerinə yetirir. Hazırda sahibkarlar üçün təklif olunan yeni nəsil onlayn-kassalardan biri “AzurPos”dur. Bu qurğu kassa aparatı olmaqla bərabər, həm POS-terminal, həm də ödəniş terminalıdır.

Oktyabr ayının əvvəlinədək ölkədəki iri ticarət mərkəzləri, şadlıq evləri, şəbəkə marketlər, yanacaqdoldurma məntəqələri avtomobil və mebel satışı mərkəzləri e-kassa sisteminə keçməlidilər. Azərbaycanda bu kimi obyektlərin sayının on minlərlə olduğunu nəzərə alsaq POS-terminalların sayının 1381 ədəd artması zəif artımdır.

Marja.az

ƏVVƏLKİ XƏBƏR

“Mənim də sevgiyə ehtiyacım var” - Aygün Kazımova

SONRAKI XƏBƏR

Sahil Babayevin kadrlarından daha bir GİLEY - "Mən onlara bildirdim ki, bu evdə kirayə qalmıram"