Xaricə ixracda dövlət/özəl/fiziki şəxslər - NİSBƏTİ DƏYİŞİB - RƏQƏMLƏR

Xaricə ixracda dövlət/özəl/fiziki şəxslər - NİSBƏTİ DƏYİŞİB - RƏQƏMLƏR

2019-cu ilin yanvar-oktyabr aylarında Azərbaycanın xarici ticarətində ixracın 60%-i dövlət sektorunun payına düşür.

FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ilk 10 ayda dövlət sektoru xaricə 10 milyard 092,8 milyon manatlıq məhsul ixrac edib ki, bu da ümumi ixracın 59,99%-idir.

Bu dövrdə özəl sektorun ixracı 6 milyard 684,1 milyon manat təşkil edib ki, bu da ümumi ixracın 39,73%-dir.

2019-cu ilin 10 ayında fiziki şəxslərin ixrac əməliyyatları 44 milyon 638 min manat təşkil edib ki, bu da ümumi ixracın 0,26%-dir.

Başqa sözlə bu il ixrac əməliyyatlarında dövlət sektoru/özəl sektor/fiziki şəxs bölgüsü 59,99% / 39,73% / 0,26% təşkil edib. Ötən il isə bu göstərici 71,18% / 28,38% / 0,43% olmuşdu.

Ötən ilin eyni döürü ilə müqayisədə dövlət sektorunun ixrac əməliyyatlarının həcmi 1 milyard 276 milyon 342 min dollar və ya 11,22% azalıb.

Özəl sektorda isə ötən ilin eyni dövrü ilə müqayisədə ixrac əməliyyatları 2 milyard 151 milyon 241 min dollar və ya 47,45% çoxalıb.

Ötən illə müqayisədə fiziki şəxslərin ixrac əməliyyatları 24 milyon 651 min dollar və ya 33,57% azalıb.

Mənbə: fed.az