Xamenei benzinin bahalaşmasını DƏSTƏKLƏDİ

Xamenei benzinin bahalaşmasını DƏSTƏKLƏDİ

Bakı. Elnur Bağışov - Trend:

İranın 3 əsas strukturunun (hökumət, məhkəmə və parlament) rəhbərlərinin benzinin bahalaşması ilə əlaqədar verdikləri qərar icra edilməlidir.

Trend-in məlumatına görə, bunu İranın dini lideri Ayətullah Əli Xamneyi deyib.

Ə.Xamneyinin sözlərinə görə, ötən 2 gün ərzində benzinin bahalaşmasına qarşı İranın bəzi şəhərlərində etirazlar baş verib, təəssüflə bir sıra problemlər yaranıb, bir neçə nəfər həlak olub və mərkəzlər dağılıb.

İranın dini lideri əlavə edib ki, təbii ki, bəzi vətəndaşlar bu qərardan narahat olurlar. Lakin bank yandırmaq düzgün iş deyil.

Ə.Xamneyi deyib ki, İranın rəsmiləri bu bahalaşmanın başqa məhsulların bahalaşmasına səbəb olmasının qarşısını almalıdırlar.

Qeyd edək ki, 15 noyabrda İranda benzinin qiyməti kvota ilə 10 min rialdan (təxminən 0,23 dollar) 15 min riala (təxminən 0,35 dollar), sərbəst şəkildə isə 30 min riala (təxminən 0,71 dollar) bahalaşıb.

Mənbə: az.trend.az