Azərbaycanın şərabçılıq şirkətinə sədr seçiləcək

Azərbaycanın şərabçılıq şirkətinə sədr seçiləcək

10 yanvar 2020-ci il saat 11.00-da Cəlilabad rayonu, Qarazəncir kəndində “Cəlilabad Şərab -2” ASC-nin inzibati binasında səhmdarların növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.

“Marja” ASC-nin bildirişinə istinadən xəbər verir ki, gündəlikdəki məsələlər aşağıdakılardır:

1. Tək başçı (sədr) icra orqanının seçilməsi,

2. Cəmiyyətin nizamnaməsinin yeni redaksiyada təsdiqi,

3. Dividendlərin verilməsi qaydasının təsdiq edilməsi,

4. Digər məsələlər.

Azərbaycan Prezidenti 29 Aprel 2010-cu il tarixində “Cəlilabad Şərab-2” Açıq Səhmdar Cəmiyyətinin açılışında iştirak etmişdi. Bildirilmişdi ki, keçmiş üzüm istehsalı və emalı müəssisəsinin ilkin emal zavodunun bazasında yaradılan müəssisə 2007-ci ildə investisiya müsabiqəsi yolu ilə özəlləşdirilmişdir. Müsabiqənin qalibi olan “Cəlilabad Vayn Kompani” MMC müəssisəni ən müasir standartlara uyğun quraraq, köhnə texnologiyaları yenisi ilə əvəzləmişdir.

Mənbə: marja.az