Bakı, 20 noyabr, AZƏRTAC
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əmtəəlik təbii qaz ehtiyatı 20,2 milyard kubmetr olub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu həcmin 88,6 faizi hasilatın, 11,4 faizi ilin əvvəlinə mövcud olan ehtiyatın hesabına formalaşıb.
Ehtiyatların 40,4 faizi ölkə daxilində istehlak edilib, 43,0 faizi ixrac olunub, 3,1 faizi itkiyə gedib, 13,5 faizi isə cari il oktyabrın 1-nə ehtiyat kimi qalıb.
Mənbə: azertag.az