Gecikdirilmiş əmanətlərin həcmi 10 faiz təşkil edib

Gecikdirilmiş əmanətlərin həcmi 10 faiz təşkil edib

2019-cu il oktyabr ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 14211,3 milyon manat təşkil edib. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, onun 11563,1 milyon manatı uzunmüddətli kreditlər olub. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 10,2 faizini təşkil edib. Rəsmi məlumata görə, əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 2019-cu il oktyabr ayının 1-nə 8605,3 milyon manat təşkil edib.

Mənbə: olaylar.az