Ən çox islahat aparan 20 ölkədən biri - On ayda ölkəmizdə qeyri-neft sektoruna 7,2 milyard manat yönəldilib

Ən çox islahat aparan 20 ölkədən biri - On ayda ölkəmizdə qeyri-neft sektoruna 7,2 milyard manat yönəldilib

Azərbaycan müstəqillik tarixində iqtisadi azadlıq indeksini ən çox yaxşılaşdıran ölkədir və hazırda bu reytinq üzrə ölkəmiz 61-ci yeri tutur.

Atv.az xəbər verir ki, bu barədə Azərbaycan Sahibkarlar Konfederasiyasının təşkilatçılığı ilə “Dayanıqlı inkişaf məqsədləri və biznes mühiti” mövzusunda konfransda bildirilib. “Qlobal Sahibkarlıq Həftəsi” çərçivəsində təşkil olunan konfransda həmçinin qeyd edilib ki, Azərbaycan “Doing Business” reytinqi üzrə 190 ölkə arasında ən çox islahat aparan 20 ölkədən biridir. Azərbaycanda bu ilin 10 ayı ərzində əsas kapitala yönəldilmiş 11,4 milyard manat vəsaitin 63 faizi və ya 7,2 milyard manatı qeyri-neft sektoruna yönəldilib. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 7 faiz artım deməkdir.

ATV.az

 

Mənbə: www.atv.az