Bakı Nəqliyyat Agentliyi: Yaxın zamanda 280 yeni avtobus - XƏTTƏ BURAXILACAQ

Bakı Nəqliyyat Agentliyi: Yaxın zamanda 280 yeni avtobus - XƏTTƏ BURAXILACAQ

“Bu gün Azərbaycanda sərnişin daşıyan avtobusların sayı 2 mindən çoxdur”.

FED.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi Vüqar Məmmədzadə deyib.

Vüqar Məmmədzadə bildirib ki, bu nəqliyyat vasitələrindən 500-dən çoxunun ödəniş prosesi nağdsız, yəni kart sistemi əsasında aparılır: “Gələcəkdə sərnişin daşıyan bütün avtobusların nağdsız ödəniş sisteminə, yəni kart sisteminə keçirilməsi nəzərdə tutulub”.

“Qeyd edim ki, ölkə rəhbərinin göstərişi əsasında ölkəyə daha 300 avtobusun gətirilməsi nəzərdə tutulub ki, bunlardan artıq 280-ni Azərbaycandadır. Həmin avtobusların texniki parametrləri yoxlanılır və marşrut xətlərinə buraxılması üzrə işlər aparılır”, – deyə Vüqar Məmmədzadə əlavə edib.

TED.az

Mənbə: fed.az