Ağsu heyvandarları on bir ayı uğurla başa vurublar

Ağsu, 2 dekabr, AZƏRTAC

Ağsu rayonunda heyvandarlıq aqrar sektorun aparıcı sahələrindəndir. Cari ilin on bir ayında diri çəkidə 4782 ton ət istehsal olunub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 ton çoxdur.

Rayon Statistika İdarəsindən bu barədə AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, 11 ayda süd istehsalında da xeyli artım var. Belə ki, istehsal 109 ton artaraq 27 min 401 tona, yumurta istehsalı 2427 ədəd artaraq 10 milyon 763 min ədədə, yun istehsalı isə 2 ton artaraq 310 tona çatıb.

Rayonun əksər ərazilərində, xüsusilə Gəgəli, Ərəbmehdibəy, Kəndoba, Qaraqoyunlu, Ərəbsarvan və bir sıra digər ərazi dairələrində fermerlər və fiziki şəxslər heyvandarlıq məhsulları istehsalında daha yüksək nəticələr əldə ediblər.

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

“Növbəti seçkilərdə müxalifət üçün uğursuz olacaq” RƏY-ÖZƏL

SONRAKI XƏBƏR

Kiyevin mərkəzində yerləşən Bakı restoranında atışma baş verib - FOTO