Sumqayıta ayrılan 107 milyon manatın aqibəti - Problemlər nə dərəcədə həllini tapdı? (SORĞU)

Sumqayıta ayrılan 107 milyon manatın aqibəti - Problemlər nə dərəcədə həllini tapdı? (SORĞU)

Bildiyiniz kimi, Xeberle.com olaraq 2009-2019-cu – son 10 il ərzində dövlət büdcəsindən Sumqayıt şəhəri üçün ayrılan vəsait haqqında qısa bir araşdırma etmişdik. Araşdırmanın nəticəsi olaraq ayrılan 107.7 milyon manat vəsaitin hesabına şəhərdə aparılan abadlıq və quruculuq işlərinin sakinləri nə dərəcədə qane edib etməməsi maraq doğuran məqamlardan olduğundan "Sumqayıt Rəsmi Səhifə” adlı facebook sosial hesabında bu istiqamətdə sorğu keçirdik.

Onlayn sorğuda iştirak edən 170 respondentin (02.12.2019-cu il tarixii üçün) əksəriyyəti "İndiyədək Sumqayıta ayrılan pullar hesabına bütün şəhəri istiliklə təmin etmək olardı” fikrindədir. Təbii ki, fəslə uyğun olaraq, havaların soyuq keçməsi respontendtlərin çoxunun məhz mənzillərin istiliklə təmin olunması ilə bağlı olan problemlərinə üstünlük verməsinə səbəb olan amillərdəndir. Lakin məhəllədaxili yolların və işıqlandırmanın bərbad vəziyyətdə olması, Yaşıldərə və Kotec yaşayış massivlərində isə ümumiyyətlə kanalizasiya sistemi və həmçinin də yeni asfaltlanan mərkəzi küçələrdə yağış lyuklarının olmaması da əhalini narahat edən problemlər siyahısındadır. Respondentlərin bir qismi isə günü-gündən gözəlləşən və inkşaf edən Sumqayıtda hələ də Şərq bazarı adlanan ərazi və əraziyə yaxın yolların bərbad vəziyyətindən narazıdırlar. Həmçinin də bəzi mikrorayonlarda su problemi, dəmiryol vağzalına gedən küçədə piyada səkisinin, məhəllələrə yaxın ərazilərdə uşaq oyun meydançalarının və yeni qurulan dənizkənarı bulvarda gəzinti gəmisinin hələ də olmaması da bitib tükənməyən istək və problemlər arasında yer alır. İnanırıq ki, bütün problemlər zamanla öz həllini tapacaq.

Xədicə Səxavətqızı

Xeberle.com

Mənbə: xeberle.com