Yaxın üç gündə Fransada qatarların hərəkəti tətillər səbəbindən məhdudlaşdırılacaq

Fransada dəmiryolçuların davam edən kütləvi tətilləri səbəbindən bu həftəsonu ölkədə qatarların yalnız 10-15%-i işləyəcək. Fransa dəmir yollarındakı mövcud vəziyyət 9 dekabr tarixində də kifayət qədər çətin olacaq.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə Fransa Milli Dəmir Yolları Cəmiyyətinin cümə günü yaydığı bəyanatda deyilir.

“Tətil səbəbindən şənbə və bazar günlərində bütün xətlərdə qatarların hərəkəti pozulmağa davam edəcək”, - deyə kommünikedə bildirilir.

Cəmiyyət sərnişinlərə mümkün olduqca səfərləri təxirə salmağı və ya yenidən planlaşdırmağı tövsiyə edir.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

ABŞ 4 gün sonra Rusiya ilə bağlı qərarını verəcək

SONRAKI XƏBƏR

Qırğızıstanın sabiq baş nazirlərinə hökm oxunub