Fransız kommersantları tətil səbəbiylə müştəri fəaliyyətində 30% azalma olduğunu bildiriblər

Bakı. Trend:

5 dekabr tarixindən etibarən Fransanı bürüyən nəqliyyat işçilərinin təşkil etdiyi ümumi tətilin ilk günündə fransızların alış fəaliyyəti 30% azalıb.

Trend-in məlumatına görə, nümayişlər zamanı [vandalların hərəkətlərindən] maddi ziyan məhdud olsa da, tətilin təsiri böyük şəhərlərin mərkəzi ərazilərində nəqliyyat tətili, mağazalarda müştərilərin əhəmiyyətli dərəcədə azalması, həmçinin bir çox müəssisələrin tam və ya qismən bağlanması səbəblərindən hiss olunub.

Bundan əlavə, Ticari Müəssələr İttifaqı Fransada turizm sahəsi üçün ola biləcək fəsadlardan, Milad və Yeni il günlərində çox sayda Paris və digər şəhərlərə gələn xarici turist axınının azalmasından narahatçılığını bildirir.

Ticari Müəssisələr İttifaqı, 26 min mağaza və 200 min işçisi olan ticarət sahəsindən bir neçə peşəkar təşkilatı birləşdirir.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

Məhərrəm Əliyevlə Kərəm Həsənovun əvvəlki vəzifələrinə kimlər təyin ediləcək?

SONRAKI XƏBƏR

“Qualcomm” yeni qabaqcıl prosessoruna “5G” modem quraşdırmayıb