Maaş və pensiyalar qalxdı, qiymətlər isə qalxmadı - İstehlak bazarında nə baş verir?..

Ölkədə pul kütləsi keçən ilə nisbətdə 18,8 faiz artıb. Bu rəqəmdən çıxış edərsək istehlak bazarındakı sabitliyin səbəbi nədir?

İqtisadçı: “Əhalinin alıcılıq qabliyyəti çox yüksək olmadığına görə oktyabr, noyabr aylarında qiymət artımı bir o qədər müşahidə olunmur. Bu da heç yaxşı əlamət deyil”.

“Əslində hökumətin maaş və təqaüdlərlə bağlı atdığı addımın arxasında istehsal yoxdursa, o pul kütəsinin arxasında real iqtisadiyyat dayanmırsa, bu həmin vəsaitlərin heçə enməsinə gətirib çıxardır. Yəni effektivlik azalır”.

Bu sözləri iqtisadçı Nazim Bəydəmirli maaş və pensiyaların artımından sonra istehlak bazarında qiymət artımının baş verməməsinin səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Dövlət başçısının sərəncamları maaşlar və pensiyalar artırılb. Qeyd edək ki, bu artım sentyabrın 1-dən qüvvəyə minib.

Maaş və pensiyaların artımından sonra isə istehlak bazarında demək olar ki, qiymət artımı baş verməyib. Qeyd edək ki, əhalinin gəlir artımının inflyasiya ilə müşahidə olunmaması Azərbaycanda ilk dəfə müşahidə olunur. Bunu nəylə əlaqələndirmək olar? Həmçinin ölkədə pul kütləsi keçən ilə nisbətdə 18,8 faiz artıb. Bu rəqəmdən çıxış edərsək istehlak bazarındakı sabitliyin səbəbi nədir?

Mövzunu PİA.az-ın əməkdaşı iqtisadçı Nazim Bəydəmirli ilə müzakirə edib.

Nazim Bəydəmirli: “Son zamanlar əhalinin vəsaitlərinin maaş və müavinatlar şəklində artırılması heç də real iqtisadiyyatın böyüməsinin nəticəsi deyil”.

Hökumətin bu yöndə atdığı addımları heç də qənaətbəxş hesab etməyən iqtisadçı PİA.az-a açıqlamasında bildirib ki, qiymət artımları ilə bağlı müəyyən işartılar var, amma bu işartılar kifayət qədər deyil. Ekspert düşünür ki, bu Azərbaycanda iqtisadi fəallığın aşağı olması ilə əlqəlidir:

“Yay aylarında pensiya artımı elan olunan zaman qiymət artımı artıq müşahidə olunmuşdu. Həmçinin sentyabrda məktəblərin başlaması ilə bağlı ənəvi olaraq qiymət artımı müşahidə olunur və təqribən yeni il ərəfəsinə qədər qiymət stabil qalır. Yəni Azərbayacanda ənənə belədir.

Həm də hesab edirəm ki, əhalinin alıcılıq qabliyyəti çox yüksək olmadığına görə oktyabr, noyabr aylarında qiymət artımı bir o qədər müşahidə olunmur. Bu da heç yaxşı əlamət deyil. Həm də bu hal iqtisadiyyatın artımı baxımından mənfi qiymətləndirilməlidi­­r.

Əslində sosial müdafiəyəyə ehtiyacı olan insanların inflyasiyadan zərər çəkməməsi üçün hökumət müəyyən addımlar atmalıdır. Necə ki, maaş və müavinatların artırılması ilə bağlı biz bunu görürük. Həmçinin paralel olaraq nəzərə alınmalıdır ki, ölkədə təkcə dövlət büdcəsindən maliyyələşən əhali deyil, həm də əhalinin 80 faizi büdcədən kənar çalışan vətəndaşlarımızdır. Onların da iqtisadi fəaliyyətlərini stimullaşdırmaq lazımdır. Biznesin əlçatanlığını təmin etmək lazımdır.

Nazim Bəydəmirli: “Həm MDB məkanında, həm də digər ölkələrlə müqayisədə Azərbayacan iqtisadi inkişaf arzuolunan səviyyədə deyil və geriləmə mövcuddur”.

Hesab edirəm ki, hökumətin bu yöndə atdığı addımlar heç də qənaətbəxş deyil. Yəni müəyyən işartılar var, amma bu işartılar kifayət qədər deyil. Buna görə də düşünürəm ki, iqtisadi fəallığı artırmaq lazımdır. Bunun üçün də məmur sahibkarlığını ləğv ləğv edilib, inhisarçılıq aradan qaldırılmalıdır. Bu addımlar atılsa, müsbət nəticələr əldə etmək mümkün olar.

Əslində iqtisadiyyata xidmət etmək üçün bir nominal var. Son zamanlar əhalinin vəsaitlərinin maaş və müavinatlar şəklində artırılması heç də real iqtisadiyyatın böyüməsinin nəticəsi deyil. Hamıya məlumdur ki, həm MDB məkanında, həm də digər ölkələrlə müqayisədə Azərbayacan iqtisadi inkişaf arzuolunan səviyyədə deyil və geriləmə mövcuddur.

Bu da onu sübut edir ki, əslində hökumətin maaş və təqaüdlərlə bağlı atdığı addımın arxasında istehsal yoxdursa, o pul kütəsinin arxasında real iqtisadiyyat dayanmırsa, bu həmin vəsaitlərin heçə enməsinə gətirib çıxardır. Yəni effektivlik azalır. Bu mənada hökumət pul kütəsini və yaxud maaş, təqaüdləri artıran zaman istehsal sahələrini sitimullaşdırmalıdır­­. Ölkədə daha çox məhsulun istehsal olunması üçün müxtəlif tədbirlər həyata keçirməlidir”.

Nərminə UMUDLU

pia.az

Pia.az

ƏVVƏLKİ XƏBƏR

Fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə müavinət ödənilirmi?

SONRAKI XƏBƏR

Dmitri Medvedev WADA-nın qərarını anti-Rusiya isteriyasının davamı adlandırıb