Çindən öz şirkətləri ilə bağlı - VACİB QƏRAR

Çin hökuməti ofislərinə 2022-ci ilə qədər Çindən kənarda istehsal olunan texnologiyalardan, o cümlədən, proqram təminatlarından imtina etmələrini tapşırıb.

“China Securities” şirkətinin analitiklərinin fikrincə, 20-30 milyon kompüter və digər texniki avadanlıqlar dəyişdiriləcək. 2020-ci ilə qədər ümumi texnoloji avadanlığın 30 faizi, 2021-ci ilə qədər 50 faizi, 2022-ci ilə qədər isə qalan 20 faizinin dəyişdiriləcəyi gözlənilir.

“Financial Time”ın verdiyi xəbərə görə, buna səbəb Çinin xarici texnologiyaya daha az etibar etməsidir. “Dell”, “HP” və “Microsoft” kimi ABŞ şirkətləri Çində vurula bilər.

Bu hərəkət cari ilin əvvəlində ABŞ hökumət qurumlarında “Huawei”in blokadasına cavab ola bilər. Bu yaxınlarda “Huawei”in “Android” cihazları üçün “Google Play” tətbiqlər mağazasına girişi rədd edilib, bu da, əslində, “Huawei” smartfonlarını qlobal rəqabət mühitindən çıxarıb. Qadağadan əvvəl “Huawei” dünyanın ikinci ən böyük smartfon istehsalçısı olaraq tanınırdı.

Bir proqram təminatında problem də var, çünki proqram təminatçısının çoxu ABŞ-ın “Microsoft” şirkəti tərəfindən istehsal olunan “Windows” kimi əməliyyat sistemlərində işləmək üçün hazırlanıb. “Microsoft” “Windows”u əvəz edərsə, proqram təminatçıları, Çinin əməliyyat sistemində, məsələn, “Kylin OS”də işləmək üçün tətbiqetmələr hazırlamalı olacaq.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Nazir: "Su problemi bu gün qlobal şəkildə müzakirə olunan məsələrdəndir"

SONRAKI XƏBƏR

Yanğın şəhərlərarası avtobuslara da problem yaratdı