Bakı, 11 dekabr, AZƏRTAC
2020-ci ildə Moskvada Azərbaycan-Rusiya Hökumətlərarası İqtisadi Komissiyasının iclası keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Abdullayev dekabrın 11-də Bakıda keçirilən Azərbaycan-Rusiya İşgüzar Şurasının iclasında deyib.
Y.Abdullayev qeyd edib ki, eyni zamanda, gələn ilin sentyabrında Vladivostokda "Şərq İqtisadi Forumu" təşkil olunacaq. Azərbaycan nümayəndə heyəti forumda iştirak edəcək.
Mənbə: azertag.az