"İqtisadi sabitliyə istiqamətlənmiş bəzi risklər var"

"İqtisadi sabitliyə istiqamətlənmiş bəzi risklər var"

Avropa Mərkəzi Bankının (AMB) yeni sədri Christine Lagarde (Kristin Laqard) bankın yığıncağının ardından keçirdiyi mətbuat konfransında açıqlamalar verib.

İqtisadi sabitliyə istiqamətlənmiş bəzi risklər olduğunu qeyd edən Lagarde, inflyasiyanın yaxından izləniləcəyini vurğulayıb.

Uzun bir müddət dəstəkləyici (təşviqedici) duruş lazım olduğunu ifadə edən Lagarde, AMB-nin lazım olduğunda bütün vasitələrini nizamlamağa hazır olduğunu vurğulayıb

Ticarətdəki zəiflik və qlobal qeyri-müəyyənliyin sərmayələrin artmasını məhdudlaşdırdığını bildirən AMB sədri, bankın Avro Bölgəsi üçün proqnozlarını açıqlayıb.

Bank Avro Bölgəsi üçün 2019-cu il iqtisadi artım proqnozunu 1.1%-dən 1.2%-ə yüksəldib. 2020-də 1.1% artım nəzərdə tutan banka görə risklər hələ aşağı istiqamətlidir.

AMB-nin Avro Bölgəsi inflyasiya təxminləri 2019-cu il üçün dəyişməyərək 1.2%-də qalıb. 2020 inflyasiya təxmini 1%-dən 1.1%-ə yüksəldlib.

İnflyasiyanı artırmaq üçün əhəmiyyətli dərəcədə təşviq lazım olduğunun vurğulayan Lagarde, hökumətlərin inkişaf potensialını artırması lazım olduğuna diqqət çəkib.

Bank Lagarde-ın sədrliyi ilə reallaşdırılan ilk yığıncaqda faiz dəyişikliyi etməyib.

Mənbə: marja.az