Sabah Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və "Azərbaycan Dəmir Yolları" QSC arasında "ASAN Railway" layihəsinə dair əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanacaq.
Metbuat.az xəbər verir ki, tədbirdə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin və "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanovun iştirakı nəzərdə tutulub.
Mənbə: metbuat.az