İngilis funt sterlinqi parlament seçkilərindən sonra 2,1 faiz bahalaşıb

İngilis funt sterlinqi parlament seçkilərindən sonra 2,1 faiz bahalaşıb

London, 13 dekabr, AZƏRTAC

Böyük Britaniyada keçirilən növbədənkənar parlament seçkilərindən sonra funt sterlinqin ABŞ dollarına nisbətdə məzənnəsi may ayından bəri ən yüksək səviyyəyə qalxıb.

AZƏRTAC xəbər verir ki, seçkilərin nəticələrinin açıqlanması ilə eyni vaxtda funt sterlinq 2,1 faiz bahalaşaraq 1,34 dollara çatıb. Funtun avroya qarşı məzənnəsində isə üç illik aradan sonra ən böyük artım qeydə alınıb.

Seçkilərdən sonra birjalarda səhmlərin bahalaşması da müşahidə olur.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

Mənbə: azertag.az