MÜSİAD: Türkiyə vətəndaşlarını Azərbaycana turist kimi gətirmək niyyətindəyik

MÜSİAD: Türkiyə vətəndaşlarını Azərbaycana turist kimi gətirmək niyyətindəyik

2020-ci il ərzində Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) Türkiyədən Azərbaycana hələ də gəlmək imkanı olmayan vətəndaşları Azərbaycana turist kimi gətirmək niyyətindədir.

“Report”un məlumatına görə, bunu "MÜSİAD Azərbaycan"ın İdarə Heyətinin sədri Abdurrahman Uzun bu gün jurnalistlərlə keçirdiyi görüşdə bildirib.

Onun sözlərinə görə, Türkiyə vətəndaşlarının Azərbaycana gəlməsinə geniş imkanlar yaradılacaq: “Bu gün hələ də Türkiyədən Azərbaycana tətil üçün gəlməyən Türkiyə vətəndaşlarının gəlməsinə imkan yaradacağıq. Turizmə önəm verdiyimiz və bu sahənin üzərində durduğumuz üçün bu mövzuda fəqli bir layihə düşünürük. İnşallah, bununla bağlı gördüyümüz işləri gələn il ərzində ictimaiyyətə açıqlayacağıq".

O həmçinin bildirib ki, növbəti ilin hədəflərindən biri də "MÜSİAD"ın üzvlərinin sayının 100-ə çatdırılmasıdır. Bununla bağlı böyük işlər görürük, təşviq işləri aparırırq.

Qeyd edək ki, MÜSİAD1990-çı ildə mayın 9-da İstanbulda qurulan bir "İş Adamları Dərnəyi" dir. Türkiyə daxilində 86 əlaqə nöqtəsi, 92 fərqli ölkədə 222 əlaqə nöqtəsi 12 000-dən çox üzvü olan, təxminən 1 600 000 nəfərə məşğulluq təmin edən və 60 000 müəssisəni təmsil edən; İş dünyası üçün olduğu qədər cəmiyyətin digər təbəqələri üçün də nümunəvi təhsil, rəhbərlik, məsləhət mərkəzi halına gələn, tətbiqi və işlərini peşəkar fikir zəmininə oturdan, təşkilati şəxsiyyətini tamamlayaraq, bunu İSO 9001:2000 Keyfiyyət Sertifkatı ilə təsdiq etdirən güclü bir "Vətəndaş Cəmiyyət Kuruluşu"dur.

"MÜSİAD Azərbaycan"ın, 2018-ci ilin yanvarın 1-dən etibarən Bakıda fəaliyyət göstərməklə, 35 üzvü var və 1000 nəfəri məşğulluqla təmin edir.

Mənbə: report.az