Azərbaycanın 27 şirkəti Dubayda görüş keçirib

Azərbaycanın 27 şirkəti Dubayda görüş keçirib

“Əlaqələri genişləndirmək üçün böyük potensial var”

Bu gün 27 Azərbaycan şirkətini təmsil edən nümayəndə heyəti işgüzar əlaqələrin genişləndirilməsi məqsədi ilə Dubay Ticarət və Sənaye Palatasında görüş keçirib. Bu barədə Birləşmiş Ərəb Əmirliyinin xəbər agentliyi “WAM” məlumat yayıb.

Dubay Palatasından verilən məlumata görə, azərbaycanlı iş adamları ilə BƏƏ investorları arasında ticarət, kənd təsərrüfatı, ərzaq məhsulları, turizm və tikinti sahələrində əməkdaşlığı müzakirə etmək üçün 204 görüş olub.

Azərbaycan nümayəndə heyətini Azərbaycanın BƏƏ-dəki səfiri Mahir Əliyev müşayiət edib.

Dubay Palatasının beynəlxalq nümayəndəliyinin direktoru Ömər Xan qonaqlara Dubay-Azərbaycan ticarət əlaqələri haqqında məlumat verib. O, Azərbaycan ilə Dubay arasında qeyri-neft ticarətinin 2018-ci ildə 826 milyon BƏƏ dirhəmi (1 dollar 3.67 dirhəmə bərabərdir) səviyyəsində olduğunu bildirib. Gələcəkdə ikitərəfli ticarəti artırmaq və şaxələndirmək üçün böyük potensialın olduğuna diqqət çəkib.

Elbəyi Həsənli, Sürix

Mənbə: musavat.com