“Qara qızıl”ın qiyməti son 6 həftənin minimumu səviyyəsindədir

Bakı, 14 yanvar, AZƏRTAC

Neftin qiyməti son 6 həftənin minimumu səviyyəsindədir.

AZƏRTAC xəbər verir ki, “qara qızıl”ın qiyməti ABŞ-la İran arasında müharibə riskinin azalmasına baxmayaraq, Yaxın Şərqdəki artan gərginlik fonunda son 6 həftənin minimumu səviyyəsində qalıb.

Bu il neft bazarı hələ də, xüsusilə OPEC-ə üzv olmayan ölkələrin həddən artıq tədarükü ilə üzləşir.

Səudiyyə Ərəbistanının Energetika naziri Abduləziz bin Salman bin Abduləziz Al Saud deyib ki, OPEC və tərəfdaşları neft hasilatını azaltmaq üçün ehtiyyatları aşağı salmaqda davam edəcək.

Qeyd edək ki, hazırda “Brent” markalı neftin bir barreli Londonun ICE birjasında 64,84 dollara, “Light” markalı neftin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 58,54 dollara satılır.

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

ADNSU-nun İctimai Etimad Şurasının üzvləri imtahan prosesini izləyiblər

SONRAKI XƏBƏR

Asan futbol...