Bakı-Sumqayıt yolunda genişləndirmə işləri nə vaxt yekunlaşacaq? - VİDEO

Bakı-Sumqayıt yolunun genişləndirilməsi işləri davam etdirilir.

Layihəyə uyğun olaraq yolun genişliyinə mane olan torpaq təpəcikləri dağıdılır.

Qaynarinfo "Xəzər TV"yə istinadən xəbər verir ki, Xırdalan dairəsindən başlayaraq yolun sağ tərəfinin yol yatağı səviyyəsinə endirilməsi işləri görülür. Torpaq təpəciklərinin böyük bir hissəsi isə artıq ərazidən daşınıb.

Genişləndirmə işlərinin may ayının sonuna qədər yekunlaşması planlaşdırılır.

 

Qaynarinfo.az

ƏVVƏLKİ XƏBƏR

"Victoria's Secret" modeli okean sahilində - FOTO

SONRAKI XƏBƏR

Berlində Liviya üzrə sammitin yekun sənədinin son mətni razılaşdırılıb