Azərbaycan Gürcüstana neft məhsulları ixrac edən ölkələr arasında üçüncü yerdədir

Azərbaycan Gürcüstana neft məhsulları ixrac edən ölkələr arasında üçüncü yerdədir

Gürcüstan 2019-cu ildə 1,1 milyon ton neft məhsulları idxal edib. Bu da 2018-ci illə müqayisədə 0,3 faiz azdır.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Neft Məhsulları İdxalatçıları İttifaqı məlumat yayıb.

Gürcüstanı yanacaqla təmin edən ölkələr arasında Azərbaycan Rusiya və Rumıniyadan sonra üçüncü olub. Siyahıda Türkmənistan, Bolqarıstan, Yunanıstan və Türkiyə də var.

Hesabat dövründə Gürcüstan 544,3 min ton benzin, 551,7 min ton dizel yanacağı idxal edib.

Keçən il benzin idxalı 2018-ci illə müqayisədə 0,4 faiz artıb, dizel yanacağı idxalı isə 0,9 faiz azalıb.

 

Mənbə: azertag.az