Bəlkə biz də Şəkərbura indeksi yaradaq - "Xaçapurini də, plovu da döyər..."

Uzun illərdir «The Economist» jurnalı valyutaların alıcılıq qabiliyyətinin çevrilmiş forması kimi Big Mac Index hesablayır. Bu indeks dünyanın hər yerində Mak Donalds şəbəkəsində qaburgerin qiymətini ABŞ-dakı anoloji qiymətlə müqayisə etməklə milli valyutaların dollar qarşında real məzənnəsini müəyyən edir.

Məsələn, qaburger hazırda Azərbaycanda 3.9 manat, ABŞ-da 5.65 dollardırsa, deməli manatın dollara olan real məzənnəsi 0.7 manatdır - halbuki nominal məzənnə 1.7 manat fiksə olunub.

Real məzənnə o deməkdir ki, burda bizim 0.7 manata aldığımız məhsul və ya xidməti ABŞ-da 1 dollara almaq mümkündür.

Sözüm Big Mac Index ilə bağlı deyil.

Son zamanlar bir çox ölkələr özlər belə milli indekslər yaradırlar. Məsələn, gürcülər Xaçapuri, özbəklər Plov indeksi yaradıblar.

Deyirəm bəlkə biz də Şəkərbura indeksi yaradaq?)).

Görün bu məhsulun hazırlanmasında neçə zəruri (baza) qida məhsul iştirak edir - un, yağ, şəkər, süd, yumurta, qoz-fındıq).

Yaşasın Şəkərbura indeksi). Məncə Şəkərbura xaçapurini də, plovu da döyər)

Rövşən Ağayev, iqtisadçı ekspert

Moderator.az

ƏVVƏLKİ XƏBƏR

ABŞ-ın B planı yenidən işə düşür: İraq 3 yerə parçalanacaq

SONRAKI XƏBƏR

Taksi sürücüsü gediş haqqını ödəməyən sərnişinin başına oyun açdı - VİDEO