"18 manatlıq qazı bizə 100-200 manata satırlar": "Limit ləğv edilməlidir”- EKSPERT

"18 manatlıq qazı bizə 100-200  manata satırlar": "Limit ləğv edilməlidir”- EKSPERT

"Fikrimcə, hökumət qaza olan limiti ləğV etməli, qiymətləri də bir qədər endirməlidir. Qaz xalqın sərvəti, onu hasil edən də dövlət şirkətidirsə, qaz xalqa maya dəyərinə satılmalıdır”. Cebhe.info xəbər verir ki, bunu iqtisadçı-ekspert Akif Nəsirli qaz və elektrik enerjisinə tətbiq olunan limitin ləğv edilib-edilməyəcəyinə münasibət bildirərkən deyib.

A.Nəsirlinin sözlərinə görə, vətəndaş dövləti ödədiyi vergilərlə saxlayır: “Əhaliyə verilən qazın 90 faizi səmt qazıdır ki, onun da min kubmetri 18-20 manata başa gəldiyi halda, bizə 5 qat bahasına - limitlə 100 manata, limitsiz 200 manata satılır”.

Xatırladaq ki, son günlər təbii qaz və elektrik enerjisinə tətbiq edilən limitin ləğvi ilə bağlı təkliflər səsləndirilir. Məsələ hətta parlamentdə də müzakirə edilib və bəzi deputatlar bunun mümkünlüyünü bildirib.

Mənbə: teref.az