Külək elektrik stansiyalarında nə qədər elektrik enerjisi istehsal olunub?

Külək elektrik stansiyalarında nə qədər elektrik enerjisi istehsal olunub?

Ötən il Azərbaycanda külək və günəş elektrik stansiyalarında istehsal olunan elektrik enerjisinin həcmi açıqlanıb.

Belə ki, il ərzində Azərbaycandakı külək elektrik stansiyalarında (KES) 106,2 milyon kilovat/saat elektrik enerjisi istehsal edilib.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, il ərzində ölkədəki günəş elektrik stansiyalarında (GES) isə 42,3 milyon kilovat/saat elektrik enerjisi istehsal olunub.

Müəllif: Elmir Murad

Mənbə: abc.az