“Atamın evi 5 il qərargah kimi fəaliyyət göstərəcək”

“Atamın evi 5 il qərargah kimi fəaliyyət göstərəcək”

Qarşıdan gələn parlament seçkilərində fərqli mesajları ilə önə çıxan bir sıra namizədlər var. “Qafqazinfo” xəbər verir ki, onlardan biri də Səyavuş Məmmədovdur. 101 saylı Göygöl-Daşkəsən seçki dairəsindən öz namizədliyini irəli sürən Səyavuş Məmmədovun irəli sürdüyü məsələlər bölgə əhalisinin yaşayışı üçün vacib olmaqla yanaşı, olduqca praktiki və son zamanlar ölkədə gedən istiqamətlərin regionda icrasını həyata keçirmək deməkdir. “Verilən söz tutulacaq” şüarı ilə önə çıxan namizəd aşağıdakı istiqamətləri ilə diqqət çəkir:

Səyavuş Məmmədovun sözlərinə görə, Göygöl rayonunda yerləşən valideynlərinin yaşadığı ata ocağı il boyu bölgə xalqının üzünə açıq olacaq və qərargah rolu oynayacaq. Beləliklə seçicilər və onun vəkili arasında kəsintisiz və sağlam ünsiyyət qurulmuş olacaq.

Bölgə əhalisinin sosial təminatında boşluqların fərqində olan Səyavuş Məmmədov öz iş təcrübəsi sayəsində sosial təminatla bağlı yetərsizliklərin həlli üzərində işləyib və sözügedən sahədə 18 illik iş təcrübəsi var.

Səyavuş Məmmədov topxanaların bərpası ilə əkinçiliyin inkişafına nail olmağı hədəfləyir. Əkinçiliyin dirçəlişi bölgəyə bərəkəti, rifahı, xoşbəxtliyi yenidən və daha güclü gətirəcək.

Namizəd olduğu Göygöl və Daşkəsən rayonlarının turizm potensialı Səyavuş Məmmədovun diqqət mərkəzində olan başqa bir məsələdir. İçərisində yaşadığımız informasiya erası bizə bölgəmizi tanıtmaq üçün geniş fürsətlər yaradır. Belə ki, AirBNB beynəlxalq elektron turizm portalında 1000-dək ev qeydiyyata salınaraq bölgəyə xeyli turist cəlb olunacaq.

101 saylı Göygöl-Daşkəsən seçki dairəsindən öz namizədliyini irəli sürən Səyavuş Məmmədov Azərbaycan Dövlət İqtisad Universitetində “Maliyyə və kredit” üzrə bakalavr, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət və bələdiyyə idarəetməsi” üzrə magistr təhsili alıb. Qərbi Azərbaycanda anadan olan Səyavuş Məmmədov dövlət və özəl sektorunda zəngin təcrübəyə malikdir. Hal-hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində məsul vəzifədə çalışır.

 

Mənbə: qafqazinfo.az