Bakı Nəqliyyat Agentliyi: 18 metrlik avtobusların bir hissəsi yaxın günlərdə paytaxta gətiriləcək

Bakı Nəqliyyat Agentliyi: 18 metrlik avtobusların bir hissəsi yaxın günlərdə paytaxta gətiriləcək

On səkkiz metrlik avtobusların bir hissəsi yaxın günlərdə paytaxta gətiriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

“Ötən il daşıyıcılar tərəfindən 105 avtobus gətirilib və istifadəyə verilib. Avtobus parkının yenilənməsi işləri daim diqqət mərkəzində olacaq və ekoloji cəhətdən sağlam, sərnişinlər üçün rahat avtobusların gətirilməsi prosesi bu il də davam etdiriləcək”, - deyə o qeyd edib.

 

Mənbə: azertag.az