Rusiyada FVX-nin yeni rəhbəri əsas fəaliyyət prinsiplərini açıqlayıb

Rusiyada FVX-nin yeni rəhbəri əsas fəaliyyət prinsiplərini açıqlayıb

"Könüllülük və rahatlıq - vergi ödənilməsi prosesinin əsas tərkib hissələri bu iki amil olmalıdır", - Rusiyanın Federal Vergi Xidmətinin (FVX) yeni təyin edilmiş rəhbəri Daniil Yeqorov bildirib.

FVX-nin əsas vəzifəsi yalnız daha çox vergi yığmaqdan ibarət deyil, həm də "bazarı ağartmaq", vergi ödəyicisini qanuna əməl etməyə alışdırmaq, daha münasib model yaratmaqdır.

O, öz işində istifadə etdiyi yanaşmanı açıqlayıb: "Əvvəlcə tənzimlənməyə kimin, nə qədər vergi ödəyicisinin uyğun olduğunu qiymətləndirirsən, sonra baxırsan ki, onların davranışı nəzərdə tutulan tənzimləməyə uyğun gəlirmi, əgər uyğun gəlirsə, işçi modeli yoxlamaq üçün həmin tənzimləməni kiçik qruplarda sınaqdan keçirirsən".

FVX rəhbəri bunun mahiyyətcə vergi ödəyicisinin davranış modeli olduğunu deyib.

Qeyd edək ki, Daniil Yeqorov bundan əvvəlki vəzifəsində - FVX rəhbərinin müavini olarkən vergi ödəyiciləri tərəfindən vergidən yayınmaq üçün istifadə edilən üsulların təhlili və sistemləşdirilməsi, eləcə də iri vergi ödəyicilərində vergi yoxlamalarının gedişi zamanı vergi nəzarətinin təşkili məsələlərinə rəhbərlik edib.

Mənbə: vergiler.az