Tallinn, 23 yanvar, AZƏRTAC
Ötən ilin üçüncü rübünün sonunda Avropa İttifaqına (Aİ) üzv ölkələr arasında ən yüksək dövlət borcuna Yunanıstan sahib olub, Estoniya isə bu göstərici üzrə ən aşağı səviyyəyə malik Aİ üzvü hesab edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Avropa Statistika İdarəsinin (Eurostat) məlumatında bildirilib.
Dövlət borcunun ÜDM-ə olan ən aşağı nisbəti Estoniya (9,2 faiz), Lüksemburq (20,2 faiz) və Bolqarıstanda (20,6 faiz) qeydə alındığı halda, ən yüksək nisbət Yunanıstan (178,2 faiz), İtaliya (137,3 faiz), Portuqaliya (120,5 faiz), Belçika (102,3 faiz) və Fransaya (100,5 faiz) aiddir.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Tallinn
Mənbə: azertag.az