ABŞ-ın dövlət istiqrazlarının gəlirliliyi azalır

Yanvarın 23-də ABŞ-ın Maliyyə Nazirliyinin buraxdığı 10 illik dövlət istiqrazlarının illik gəlirliliyi 1,7%-ə düşüb.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, azalma Çində yayılmış ölümçül koronavirus fonunda investorların ABŞ-dan olan aktivlərə yönəlməsi ilə bağlıdır.

İstiqraz bazarındakı vəziyyəti şərh edən ABŞ-ın “Citigroup” investisiya bankı illik faiz dərəcəsinin 1,5%-ə düşə biləcəyi barədə proqnoz verib.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Çindən Tatarıstana gələn üç nəfər qızdırma ilə xəstəxanaya yerləşdirilib

SONRAKI XƏBƏR

AMEA-nın Lənkəran Regional Elmi Mərkəzi elmi fəaliyyəti ilə bağlı hesabat verib