Azərbaycanda ötən il ərzində daşınan sərnişinlərin sayı açıqlanıb

Azərbaycanda ötən il ərzində daşınan sərnişinlərin sayı açıqlanıb

2019-cu ildə nəqliyyatçılar 2 milyard 056,5 milyon nəfərə və ya 2018-ci ilin eyni dövrü ilə müqayisədə 2,7 faiz çox sərnişinə xidmət göstərib.

Trend-in məlumatına görə, sərnişinlərin 88,2 faizi avtomobil nəqliyyatı, 11,5 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 1 milyard 813,3 milyon sərnişin daşınıb və əvvəlki illə müqayisədə müvafiq olaraq 2,6 faiz artım qeydə alınıb.

Sərnişinlərin 96,0 faizi avtobus, 4,0 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 2,5 faiz artaraq 236,7 milyon nəfər olub.

Hava nəqliyyatı ilə 2 milyon 703,5 min və ya 12,7 faiz çox sərnişin daşınıb, daşımaların 99,9 faizi dövlət, 0,1 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.

Mənbə: az.trend.az