Bakı-Davosun Regional Mərkəzi - VİDEO

İsveçrənin Davos şəhərində keçirilən 50-ci Dünya İqtisadi Forumu sona çatdı. 118 ölkədən 3 minədək lider, o cümlədən 53 ölkənin dövlət və hökumət başçısının iştirak etdiyi nüfuzlu tədbirdə Azərbaycan ən yüksək səviyyədə, prezident səviyyəsində təmsil olundu. Prezident İlham Əliyevin Davos səfərinin nəticəsi yüksək qiymətləndirilməlidir. Çünki 2007-ci ildən ardıcıl olaraq Davos Dünya İqtisadi Forumunda iştirak edən İlham Əliyev ölkəyə həm investisiyaların cəlb edilməsi, həm də bir sıra sərfəli müqavilələrin imzalanması baxımından vacib addımlar atır.
Azərbaycanın dünyanın 50 ən inkişaf etmiş iqtisadiyyatı arasında 46-cı yeri tutması, eyni zamanda Prezident İlham Əliyevin iqtisadi forum çərçivəsində keçirdiyi görüşlər və imzalanan müqavilələr ölkəmizə investisiya cəlbi baxımından mühüm addımlardır. İqtisadçılar Davos forumundan sonra Azərbaycana investisiya axınını vəd edirlər:

Davos səfəri zamanı Prezident İlham Əliyev BP-nin prezidenti ilə görüşdə Xəzərdə yeni kəşfiyyat işlərinin aparılması, eləcə də TAP layihəsinin icrasının daha da sürətləndirilməsi, Azərbaycan qazının Avropa bazarlarına çıxarılması haqqında müzakirələr apardı. Həmçinin, “Lukoyl” rəhbəri ilə Naxçıvan və Qoşadağ yataqlarının birgə işlənməsi barədə mühüm razılaşma əldə edildi.

Forum çərçivəsində gedən müzakirələrin nəticələri bir daha Azərbaycanın uğurlarının və inkişafının davamlı olduğunu göstərir. Azərbaycan həm siyasi, həm iqtisadi baxımından riskli ölkə deyil, əksinə, investisiya yatırılması üçün əlverişli şəraitə və mənbəyə malikdir. Məhz bu səbəb dünyanın ən iri brendlərinin diqqətini ölkəmizə cəlb edir:

Azərbaycan iqtisadiyyatının istehsal potensialını nəzərə alaraq, söyləmək olar ki, ölkəmiz regional istehsal nöqteyi-nəzərindən güclü, rəqabət qabiliyyətli bir mərkəzə çevrilə bilər. Eyni zamanda Davos Forumunun regional mərkəzinin azərbaycanda bu işin sürətlənməsinə təkan verən amillərdəndir:

Dünya İqtisadi Forumunda həmçinin Böyük nəqliyyat və infrastruktur layihələrinin, o cümlədən Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı layihələrin, enerji layihələrinin reallaşdırılmasının həm ölkəmiz, həm də region üçün əhəmiyyətindən danışılıb.

 

Realtv.az

ƏVVƏLKİ XƏBƏR

Yeni gübrə və buğda terminalı - VİDEO

SONRAKI XƏBƏR

Türkiyədə dağıdıcı zəlzələ anının görüntüləri - VİDEO