Hətta İrəvan da Çinə qadağa tətbiq etdi

Hətta İrəvan da Çinə qadağa tətbiq etdi

Ermənistan yeni növ koronavirusun yayılması səbəbindən Çindən heyvandarlıq məhsullarının gətirilməsinə qadağa qoyub.

Axar.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Dövlət Xidməti məlumat yayıb.

“Çin ərazisindən yayılan koronavirusun qarşısını almaq üçün Ermənistanın qida təhlükəsizliyi müfəttişliyinin rəhbərinin əmri ilə yanvarın 26-dan etibarən Çin istehsalı olan xammal və heyvan mənşəli məhsulların idxalı qadağan edilib”, - qurumun saytında bildirilib.

Qadağanın Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi saytlarında yayımlanan məlumatlar əsasında tətbiq edildiyi qeyd olunur.

Mənbə: axar.az