Ekspert kirayə mənzillərdən danışdı: qiymətlər yüksəkdir

Ekspert kirayə mənzillərdən danışdı: qiymətlər yüksəkdir

Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov deyir ki, müraciətlərin müqabilində təklif olunan mənzil sayı olduqca aşağıdır

Azərbaycan Respublikası Prezidentinin “Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizminin yaradılması haqqında” 2019-cu il 25 yanvar tarixli 488 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fonduna (Fond) həvalə olunmuş vəzifələrin icrası istiqamətində hazırlıq işləri yekunlaşdırılıb. Bu barədə İpoteka və Kredit Zəmanət Fondu məlumat yayıb.

Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov Sputnik Azərbaycan-a deyir ki, İpoteka və Kredit Zəmanət Fondunun bazara çıxardığı mənzillər bazardakı qiymətlərdə dəyişikliyə səbəb olmayacaq:

“Müraciətlərin müqabilində təklif olunan mənzil sayı olduqca aşağıdır. Sosial evlər layihəsi ilə müqayisədə burada mənzillərin qiyməti yüksəkdir. Çünki təklif olunan mənzillərin yerləşdiyi ərazilərdə satılan mənzillərin bir kvadrat metrinin orta qiyməti 1350 manatdır”.

Mənbə: sputnik.az