Hüquqi şəxslərin təsisçisinin vergi öhdəliyi

Hüquqi şəxslərin təsisçisinin vergi öhdəliyi

Hüquqi şəxsin təsisçisi fiziki şəxs kimi vergiödəyicisi ola bilərmi?

Milli.Az xəbər verir ki, Vergilər Nazirliyinin Media və Kommunikasiya İdarəsindən AZƏRTAC-a bildirilib ki, mülki qanunvericilikdə təsisçi ilə onun təsis etdiyi müəssisəyə ayrı-ayrı şəxslər kimi baxılır. Belə ki, hüquqi şəxsin təsisçisi hüquqi şəxsin öhdəliklərinə, hüquqi şəxs isə təsisçinin öhdəliklərinə cavabdehlik daşımır. Eyni zamanda, qanunvericilikdə hər hansı hüquqi şəxsin təsisiçisinin həm də fərdi sahibkar kimi vergi orqanında uçota alınmasına və sahibkarlıq fəaliyyəti həyata keçirməsinə məhdudiyyət qoyulmayıb.

Milli.Az

Mənbə: news.milli.az