Müdafiə Sənayesi Nazirliyinə məxsus “Neftqazavtomat Elmi İstehsalat Müəssisəsi” MMC-nin direktoru Malik Məmmədov vəzifəsindən azad edilib.
“Report” xəbər verir ki, onu Rasim Gözəlov əvəz edib.
Yeni direktor bundan əvvəl nazirliyin tabeliyindəki “Avia-Aqreqat Zavodu” MMC-nin direktoru müavini olub.
Mənbə: report.az